Dushunen insanlar ucun!
39, Mount Kapaz, Azerbaidzhan

Şirin Fəzzalın Əbu Hənifə ilə mübahisəsi


İmam Sadiq əleyhissalam və Əbu Hənifənin zamanı idi. Əbu Hənifə Kufə məscidində, öz şagirdləri üçün dərs deyirdi.
İmam Sadiq əleyhissalamın ayıq tələbələrindən biri Fəzzal ibni Həsən, dostlarından biri ilə gəzişib o məscidin yanına çatdıqda, gördülər ki, bir neçə nəfər Əbu Hənifənin ətrafında oturmuşdur, Əbu Hənifə onlara dərs deyir. Fəzzal dostuna dedi: Mən yalnız buradan Əbu Hənifəni şiə məzhəbini qəbul etməyə vadar etdikdən sonra gedəcəyəm.
Sonra Əbu Hənifənin yanına gəlib, şagirdlərin içində oturdular. Bu zaman Fəzzal, aşağıdakı ardıcıllıqla, onunla mübahisəyə başladı.
Fəzzal: Ey rəhbər! Mənim bir qardaşım var, o məndən yaşlıdır, lakin şiədir. Mən onun üçün Əbu Bəkrin fəzilətli olmasını nə qədər dəlil gətirib, öz məzhəbimə (yəni sünnülüyə) cəzb etmək istəyirəmsə, mənim dəlillərimi qəbul etmir. İndi sizdən kömək istəyirəm. Deyin görüm Əbu Bəkr və Ömərin Əlidən üstünlüyü nədədir, mən də onu qardaşıma deyib, qane edim.
Əbu Hənifə: Qardaşına de: Əlini Əbu Bəkrdən və Ömərdən necə, irəli sala bilərsən, halbu ki, müharibələrdə Əbu Bəkr və Ömər Peyğəmbərin(s) hüzurunda olurdular, Peyğəmbər(s) Əlini müharibəyə göndərirdi. Bu özü onu göstərir ki, Peyğəmbər(s) onları daha çox sevir, onların canının sağ qalmasına daha çox diqqət yetirirdi.
Fəzzal: Mən bu sualı qardaşıma vermişəm. Lakin cavabda deyirdi ki, Quran ayəsinə uyğun olaraq, cihad meydanlarında düşmənlə mübarizəyə gedən Əli əleyhissalam daha üstündür. Çünki Quran buyurur:

وَ فَضَّلَ اللهُ الْمُجَاهِدِينَ عَلَى الْقَاعِدِينَ اَجْرًا عَظِيمًا

«Allah mücahidlərə (cihad edənləri) yerlərində oturub, cihada getməyənlərə nisbət böyük üstünlük vermişdir». (Nisa 97)
Əbu Hənifə: Qardaşına de, Əlini Əbu Bəkr və Ömərdən necə üstün saya bilər, halbu ki, o ikisi Peyğəmbərin(s) qəbrinin yanında dəfn olunmuşdur, lakin Əlinin qəbri Peyğəmbərin(s) qəbrindən çox-çox uzaqdadır. Bu iftixar və məqam onların üstünlüyü üçün kifayətdir.
Fəzzal: Mən bu dəlili də ona dedim, lakin qardaşım cavabında dedi ki, Allah Quranda belə buyurur:

لا تَدْخُلُوا بُيُوتَ النَّبِيِّ اِلاّ اَنْ يُؤذَنَ لَكُمْ

«Peyğəmbərin(s) icazəsi olmadan onun evinə daxil olmayın» (Əhzab 53).
Aydındır ki, Peyğəmbərin(s) qəbri, öz şəxsi mülkündədir. Təbiidir ki, o həzrət onlara icazə verməmişdir. Həzrətin varisləri də belə bir icazəni verməmişdir.
Əbu Hənifə: Qardaşına de, Ayişə və Həfsə Peyğəmbərdən(s) mehriyələrini istədikdə həmin yeri həzrətdən aldılar və sonra hər biri öz atasına bağışladı.
Fəzzal: Bu cavabı da ona verdim, lakin o dedi ki, Quranda oxumamısan ki, Allah Peyğəmbərə buyurur:

يَا اَيُّهَا النَّبِيُّ اِنا اَحْلَلْنَا لك اَزْوَاجَكَ اللاتي آتَيْتَ اُجُورَهُنَّ

«Ey Peyğəmbər! Biz mehriyyələrini verdiyin zövcələrini sənə həlal etdik (Əhzab 50).
Buna əsasən Peyğəmbər öz sağlığında zövcələrinin mehriyyəsini vermiş olub.
Əbu Hənifə: Qardaşına de Ayişə və Həfsə (Əbu Bəkr və Ömərin qızlarıdır) hər ikisi Rəsuli Əkrəmin(s) zövcəsi idi. Onlar öz irsləri qədərində həmin evdən götürdülər və öz atalarına bağışladılar. Buna əsasən də onların cənazələri həmin yerdə dəfn olunub.
Fəzzal: Mən bu dəlili də qardaşıma dedim, lakin o, cavabında dedi ki, siz sünnü qardaşlar inanırsınız ki, Peyğəmbər(s) öz qohum-əqrəbası üçün irs qoyub getmir. Ona görə də fədəki Həzrəti Zəhra ələyhasalamdan aldılar. Bundan əlavə əgər Peyğəmbərin(s) özündən sonra irs qoyub getdiyini qəbul etsək də Peyğəmbər(s) vəfat edən zaman onun doqquz arvadı var idi.
21 Onların hamısının irsi həmin evin səkkizdə biri qədərdir. Əgər evin səkkizdə birini doqquz nəfərin arasında bölsək (yəni yetmiş ikidə biri), hər qadına eni,uzunu bir qarış olan yer düşür. Heç də bir insanın boyu qədəri yer çatmaz.
Əbu Hənifə bu cavabı eşitdikdə aciz qalıb, əsəbləşdi və öz şəgirdlərinə dedi: Əxricuhu fə innəhu rafiziyyun vəla əxələhu. «Onu məsciddən çıxarın, çünki onun özü şiədir qardaşı da yoxdur.»22

23 views
 
Comments

There are no comments yet.
Leave your comment, start the discussion!

Blog
Blogs are being updated every 5 minutes