Kenshido's blog

Kenshido
39, Mount Kapaz, Azerbaidzhan










Bu gün elə bir proqram haqqında bəhs etməyi nəzərdə tutmuşuq ki, bu proqram ariflərin, yəni Allah tanıyan insanların ümmətə tövsiyyəsidir. Ariflərin nəzərində bu proqram əgər deyildiyi kimi riayət edilsə, insanı bu dünyanın da, o dünyanın da, xoşbəxtliyinə qovuşdurar. Bəzi insanların iddiasına görə, insan ancaq bu dünyası üçün çalışmalıdır və bu dünyanın xoşbəxtliyini qazanmalıdır. O insanlar müddəidirlər ki, insan gərək nəqd olana üz tutsun. Bu insanlar İslamın, Quranın “o dünya” adlı bir mülkün olduğunu təsdiqləməsindən xəbərsizdirlər. Bunu iddia edən dəstədən əlavə də, bir dəstə insan var ki, onlar bu dünyanın varlığına da inam bəsləyir, o dünyanın da. Amma, o dünya anlayışını…


Bir gün Allahın Rəsulu (s) məsciddə oturmuşdu. Təsadüfən bir ərəb daxil oldu və Peyğəmbərə (s) salam verdi. Həzrət (s) salama cavab verib, sual etdi: “Haradan gəlirsən, ərəb?”.

Ərəb dedi: “Uzaq yoldan gəlirəm və sizə bir neçə sualım var”. Həzrət (s) buyurdu: “Soruş, cavab eşidərsən”.

Ərz etdi: “İstəyirəm xalqın alimi olam”.

Həzrət (s) buyurdu: “Allahdan qorx”.

“İstəyirəm Allah dərgahına yaxınlardan olam”.

Həzrət (s) buyurdu: “Gecə və gündüz Quran oxu”.

“İstəyirəm həmişə ürəyim işıqlı olsun”.

Həzrət (s) buyurdu: “Ölümünü yaddan çıxarma”.

“İstəyirəm Haqqın rəhmətində olam”.

Həzrət (s) buyurdu: “Allahın xəlqinə yaxşılıq et”.

“İstəyirəm düşməndən mənə zərər yetişməsin”.

Həzrət (s) buyurdu: “Həmişə Allaha təvəkkül et”.

“İstəyirəm xalqın gözündə xar olmayım”.

Həzrət (s) buyurdu: “Pəhriz et özünü…


Düşündünüzmü heç? İndiyə qədər bir çox insandan xoşbəxtlik ilə əlaqədar bu sualları eşitmişik:"İstədiyim hər şeyi əldə etdim amma hələ xoşbəxt deyiləm", "Bütün xəyallarıma qovuşdum, niyə xoşbəxt ola bilmirəm?" "Gerçək xoşbəxtliyi tutmaq bu qədər çətinmi?" Bu sualların cavabı Quranda gizlidir. "Ürəklər yalnız Allahın zikriylə aram olar."


"Görmək belə nisbidir. Qaşınan yeri barmaq gözdən yaxşı görür".

KAMAL TAHİR

İnsanların nə qədər pis olduğunu görmək
məni heç çaşdırmır,
lakin buna görə heç utanmadıqlarını görüncə
heyrətlər içində qalıram.

Goethe

Könülümə girməyinə sözüm yox. Ama biləsən ki, qarğa gül bağçasında gəzməklə bülbül olmaz.
MÖVLANA CƏLALƏDDİN RUMİ


Güvəndiyiniz dağlara qar yağdığında ən gözəl çarə, dağ ilə qarı baş-başa buraxmaqdır. Gün gəlib qar əridiyində; dağ yolunuzu
gözlədiyində ən gözəl cavab, başqa bir dağdan salam göndərməkdir....


Yəqin ki, məzlum sadə insanlarımız bu adı eşidəndə "başıma qaynar suyu tökürlər" deyimini dodaqaltı deyinirlər. Dodaqaltı ona görə deyilir ki, tolerantlığımıza xələl gəlməsin. Çünki, "abırlı" xarici qonaqlarımızın yanında açıq-aşkar deyinmək tolerantlıq abrımızı aradan apara bilər. Lopez adı kasıb camaatın düşünən təbəqəsini niyə axı bu qədər incidir? Nə edib axı?! Yazıq qız 65 yük maşını, 5 təyyarə ilə bütün evində-eşiyində nə varsa, yığıb töküb Bakıya. Üstəlik də 500 nəfər bığıburma "cayıl" oğlanları gətirdiyi "cehizlərini" yerbəyer etmək üçün yanında gətirib ki, "oğlan" evində əziyyət çəkilməsin.

Söz yox, C.Lopezi bura dəvət edən təşkilatlar da heç də onun yanında xəcalətli qalmayıblar, cəmi cümlətani 3-4 milyon…


← previous 1 2 3 4 5 ... 14 next
Blog
Blogs are being updated every 5 minutes