Namelum's blog

Namelum
36, Zangilan, Azerbaidzhan

Dedin son xatirəm quru şəkildi,
Yazdın unudanda baxarsan ancaq,
Mən səni unutsam.. düşündünmü bir,
Şəklin səndən əvvəl unudulacaq.

Bilirəm,
Bir daha dönməyəcəksən,
Əksin-yanan eşqin bir ovuc külü,
Özün yad ürəyi dinləyəcəksən,
Şəklinsə qəlbimin döyüntüsünü.

Səni saxlamağa çatmadı gücüm,
Açılan nə vaxtsa solmalı imiş,
Şəklini vərəqə köçürmək üçün,
Arada neqativ olmalı imiş.

Bu soyuq kağızda sevinc donubdur,
Kədərin hardasa yol gəlir hələ,
Üzünə xəfif bir gülüş qonubdur,
Hicrana baxırsan sən gülə gülə...

Bir anın hökmüylə dəyişir insan,
Necə əziz idi bayaq bu şəkil,
Sən özün bir sevgi xumarındasan,
Hemişə oyaqdır, oyaq bu şəkil.

Bir kağız üstündə donan ümidin
Qəmli gözlərində əbədi…


Londondakı məscidə yeni bir imam
göndərilmişdi. O, şəhərə getmək üçün hər
dəfə eyni avtobusa minir və çox zaman da
eyni sürücü ilə rastlaşırmış. Bir gün, bilet
alarkən sürücü yanlışlıqla 20 qəpik artıq
qaytardı. İmam yanlışlığı oturub pulunu
sayınca bildi. Öz-özünə "20 qəpiyi geri
verimmi sürücüyə?" deyə düşünürdü. Amma
içindən bir səs deyirdiş ki "çox gülünc bir
puldur bu və sürücünün vecinə də olmaz.
Avtobus şirkəti onsuz da çox pul qazanır...
Sadəcə 20 qəpik onlara bir şey etməz. Bu pulu
saxlaya bilərəm" deyə düşünmüş, “Allahdan
gələn bir hədiyyə, lütf kimi”...
Düşəcəyi dayanacağa çatanda, imam qalxdı və
fikrini dəyişdirdi, enməmiş sürücünün yanına



Men bilirem biz goruseceyik seninle ... Men baxacam yaxin qeder uzaqdan, Sen danisacaqsan... O mene danisdigin yanib sonen, senin ucun oteri bir alisan ocaqdan... Belkede heqiqetin iller boyu qelbinde sevgime sedaqetin dil acacaq sozunde Sen danisacaqsan... Men baxacam. Birden hirse donecek hansi gizli sozunde menim hecali adim. Ucalacaq nitqinden menim sene yazdigim bir gecede sessizce qelbimde feqan eden o sessizce feryadim...
Sen danisacaqsan men baxacam... Sesin de kovrelecek bezen mene qiymaga dilin gelmediyinden gizli dunyamizda gizletdiyin o ses mene gel deyecek... yeniden sev deyecek ele lap basdan...Lap evvelki o yasdan... Susmagim agladacaq seni susmagim yandiracaq seni...Men bilirem susmagim salacaq yadina, Nece…




Çapıb öz atını Ağ atlı getdi,

Atları şimşəkdən qanadlı getdi,
Uşaq yaddaşımı qanatdı getdi,
Daha nağıllara inanmıram mən.

Nənəmin inamı, dərdi nağıllar
Namərdə aldatdı mərdi nağıllar,
Bizi yuxulara verdi nağıllar,
Daha nağıllara inanmıram mən

Uşaq ovutmağa bir noğul idi,
Sözlərdə yaşayan bir ağıl idi,
Yaxşı adamlar da bir nağıl idi,
Daha nağıllara inanmıram mən

“Sim Sim” i sözlə yox zorla açdılar,
Tilsimi min cürə yolla açdılar,
Him – cimi möhürlü qolla açdılar,
Daha nağıllara inanmıram mən

Fatmalar ayağı kəndirdə qalmır,
Xəmrimiz küt gedir, təndirdə qalmır,
Qarğalar tülküyə daha aldanmır,
Daha nağıllara inanmıram mən

Acı həqiqətlər bal dadır indi,
Arısı olmayan bal satır indi,
Keçəli saçlılar…


Sen deme tezeden sevmek olarmis

Tale de tezeden gule bilermis.
Kusub gozu yasli geden mehebbet
Pesiman-pesiman done bilermis

Urek bulud kimi bosalirsa da
Demek bulud kimi, tezeden dolur
Sonuncu splesi titreyen samdan
Ayri bir sami da yandirmaq olur

Sen deme tezeden sevmek olarmis
Kohne yaralari vaxt, zaman silir
Kesilen budaqla olen agaclar
Teze pohrelerle dirile bilir

Aglaya-aglaya dunyaya gelib,
Biz ana suduyle gulmemisikmi?!
Her axsam sapsari batan gunesi
Her seher tezeter gormemisikmi?1

Sen deme tezeden sevmek olarmis
Sevgi furset deyil qus kimi uca
Ne de KoLGedir ki, qacasan qova
Ya da sen qovasan, o senden qaca

Cixarsan qelbinden oten sevginin,
Bir gun de tenhaliq sixacaq…


Biz xosbext olmadiq sevenler kimi

Indi son bahartek sizlar qelbimiz.
Belke bu dunyaya gelmisik gulum
Artiraq dunyanin hesterini biz

Tene de,giley de daha ebesdir,
Bu sirli royadan ayrilaq gerek.
Ya sen gecikmisen ya men telesdim,
Indi seve-seve ayrilaq gerek.

Konul gizli –gizli yanacaq indi,
Bir damla goz yasin denizdir mene.
Bize xatireler qalacaq indi,
Senin xatiren de ezizdir mene….

Bilirem.bu hesret uzecek seni,
Calis kolge kimi surunmeyesen.
Gozlerim her zaman gezecek seni,
Calis, gozlerime gorunmeyesen


Bəzən büdrəmişəm, düzü yanında,

Sevgidən salmışam sözü yanında.
Min dəfə keçmişəm azı yanınnan,
Məni görməmisən, görməmisən sən.

Gözlərim həsrətlə dolub qalmışam,
Yolunda gül kimi solub qalmışam,
Üz-üzə gələndə donub qalmışam,
Məni görməmisən, görməmisən sən.

İzini ömrümə düzüb keçmisən,
Keçdiyin yollardan bezib keçmisən.
Yanımnan qanqalı üzüb keçmisən,
Məni görməmisən, görməmisən sən

Mənəmi veribsən sənsiz küçəni?
Alıb aparıbsan sirli gecəmi.
Yalançı yuxular aldadıb səni,
Məni görməmisən, görməmisən sən.

Yaxşı istəyibsən, yaman tapmısan,
Günəş axtarıbsan, duman tapmısan,
Həqiqət gəzibsən, yalan tapmısan,
Məni görməmisən, görməmisən sən.

Dönüb boylanıbsan ötərgi səs,
Mənəm sənin üçün yarpağtək əsən,
Xətrinə dəyməsin, korsan ya nəsən?
Məni görməmisən, görməmisən sən.


Diz cokub qarsinda dua edirem.

Ucalardan uca bilirem seni.
Saxla oz yaninda ruhumu,Allah,
Bir de bu dunyaya getirme meni.

Sirli royalarim dagilacaqsa,
Arzum gozlerimde bogulacaqsa,
Ezabim menimle dogulacaqsa,
Bir de bu dunyaya getirme meni

Namerdi merdinden cox olacaqsa,
Alim ac,gedalar tox olacaqsa.
Yaranmislar bir gun yox olacaqsa
Bir de bu dunyaya getirme meni

Bu yalan dunyanin ters aynasi var,
Sevince benzeyen cox belasi var
Tekrar gormeyimin ne menasi var?
Bir de bu dunyaya getirme meni

Gordum bu dunyani,quru qefesdir,
Sen bize verdiyin ibretli dersdir.
Bir defe pesiman olmusam,Besdir!
Bir de bu dunyaya getirme meni


Blog
Blogs are being updated every 5 minutes