Mence maraqlidir...
34, Baku, Azerbaidzhan

Oxuyarkən diqqətimi çəkən və marağıma səbəb olan bir yazını paylaşıram sizinlə...


Ana bətnində olan əkizlər həftələrlə bir-birlərini izləyərək formalaşmağa başlayırlar.Əlləri,ayaqları, daxili orqanları fpormalaşdıqc,eyni zamanda ətrafda baş verənlərin də fərqinə varırlar yavaş-yavaş.Olduqları rahat,təhlükəsiz yeri tanıdıqca özlərini çox xoşbəxt iss edir və bir-birinə hər gün eyni sualı ünvanlandırırlar.

ANAMIZIN BƏTNİNDƏ OLMAĞIMIZ,BURDA YAŞAMAĞIMIZ NƏ GÖZƏLDİ DEYİLMİ?

Böyüdükcə dünyalarının kəşfinə yönələn əkzilər görəsən, dünyalarının əsasının nə olduğunu anlamaq haqda bir fikrə düşürlər. Bunu araşdırarkən qarşılarına olnları anaları ilə əlaqələndirən bir qida borusu çıxır. Bu boru hesabına rahat bir şəkildə qidalandıqlarını dərk edir və onu yaşamlarına təminat olaraq görürlər.

ANAMIIZIN QAYĞI VƏ ŞƏFAƏTİ NECƏ DƏ ÇOXDUR?! BİZƏ EHTİYACIMIZ OLAN HƏR ŞEYİ GÖNDƏRİR,deyə düşünürlər.

Zamanın dayanmadan ötməsilə,əkizlər hər gün daha da sürətlə böyüyür və buradakı həyatlarının bir çox hissəni geridə qoyurlar. Gün-gündən yaşanan dəyişimləri heyrətlə izləyərkən bir gen bu gözəl dünyalarını tərk etməli olduqları düşüncəsini qavrayırlar.

NİYƏ BELƏ OLUR,AXİ? BÜTÜN BUNLARIN MƏNASI NƏDİR?__əkizlərdən biri sual edir.

Düşüncəsi yaşadığı dünyayla məhdud olmayan və hissləri daha geniş bir aləm arzusunda olan digər əkiz___BÜTÜN BUNLARR BU DÜNYADAKI ZAMANIMIZIN ARTIQ ÇOX AZ OLDUĞU ANLAMINI İFADƏ EDİR__deyə cavab verir.

AMMA MƏN GETMƏK İSTƏMİRƏM, HMİŞƏ BU DÜNYADA QALMAQ İSTƏYİRƏM_deyə o biri üsyan edir sanki.
 
Əkizi isə___ƏLİMİZDƏN GƏLƏN HEÇ NƏ YOXDU,BƏLKƏ BU DENYADAN SONRA YENİ BİR DÜNYA,YENİ BİR HƏYAT VARDIR__deyir.

Digəri__YAŞAMAĞIMIZI MÜMKÜN EDƏN O QİDA BORUSU OLMASA BU NECƏ MÜMKÜN OLAR? HƏM BİZDƏN ÖNCƏ BAŞQALARI DA GƏLİB BURA VƏ SONRA DA GEDİBLƏR. HEÇ BİRİ QAYITMADI Kİ BİLƏSƏN BU DÜNYADAN SONRA BİR DÜNYA VARMİ YOXMU DEYƏ? BU GEDİÇİMİZ SONUMUZDUR... HEÇ BƏLKƏ DƏ “ANA” DEYƏ BİR VARLIQ YOXDU?! __deyir.

Əkizi___OLMASI LAZIM! ONUN VASİTƏSİLƏ BU YAŞAMLA TANIŞ OLMUŞUQ.

Digəri___SƏN HEÇ ANAMIZI GÖRMÜSƏN, O BƏLKƏ DƏ BİZİM YALNIZ DÜŞÜNCƏLƏRİMİZDƏ OLAN BİR VARLIQDI. BİR ANAMIZIN OLMASI FİKRİ BİZİ RAHATLATDIĞI ÜÇÜN BUNU UYDURDUQ VƏ BUNA İNANDIQ!!!

Beləliklə,əkizlər ana bətnində olan son günlərini mübahisə və öz-özünü hesabatla başa vurur. Nəhayət, əkizlər dünyalarını tərk etdikdən sonra gözlərini başqa bir dünyaya açar və sevincdən ağlamağa başlayarlar. Çünki rastalşdıqları düşüncə və arzularına sığmayacaq qədər gözəl idi.


P.S HƏQİQİ KƏŞF GƏZİNTİSİ YENİ YERLƏR AXTARMAQ YOX ƏSLİNDƏ VAR OLANLARA YENİ NƏZƏRLƏRLƏ BAXA BİLMƏKDİR.





 

17 views
 
Comments
SeNaToR 03.04.2011

Heyqi maraqlidie insan gormediyi bir seye inanmasi. Esl imanda budur zaten. Biri olur kor anadan gelme. Gunlerin birgununde heyetde gezerken ayagi ilisir yixilir dizi uste. 1 anliq gozleri acilir ve gorduyu sey xoruz olur ve gozleri yene baglanir evelki halina donur kor olur yeni. Artiq onun yaninda ne deyilse, o xoruzla qayaslayir. Masin desen xoruza benzedir. Masini gormeyib ne bilsin masin nedi yada necedi. Tesekkurler Ela bloqdu +5

diplomatka21 diplomatka21 03.04.2011

Sene de teshekkur sherhe gore, ayrica cox sag ol qiymet uchun...

jale--85 02.04.2011

gozel yazidir.esl menasini derk etsek daha yaxwi olar.dogrudan da biz hele de o dunyanin varligini qebul etsek ve onun ucun zehmet ceksek olum bizi qorxutmaz.paylawdigin ucun tewekkur edirem

diplomatka21 diplomatka21 03.04.2011

Deymez,oxudugunuz uchun size teshekkurler..

Blog
Blogs are being updated every 5 minutes