Mən bu dərddən həzz alıram.
36, Zangilan, Azerbaidzhan

Dərd vermisən qalaq-qalaq,
Mən bu dərddən həzz alıram.
Yeri qalıb zolaq-zolaq,
Mən bu dərddən həzz alıram.

Qocalıram, zaman qaçır,
Tutammıram, aman, qaçır,
Məni görən yaman qaçır,
Mən bu dərddən həzz alıram.

Dostum olub saçımda dən,
Ürəyimdir dərdimə tən,
Xoşbəxtliyi neynirəm mən,
Mən bu dərddən həzz alıram.

Nə olsa də mənə qəsdi,
Deməyəcəm yetər, bəsdi,
Yenə də ver isti-isti,
Mən bu dərddən həzz alıram.

9 views
 
Comments
XuLiQaN-CHiK 16.05.2013

elaa

Blog
Blogs are being updated every 5 minutes