28.10.2011
SEIRLER
35, Baku, Azerbaidzhan

HUSEYIN CAVID GORMEDIM

Bilmədim, uydum şu məcnun könlümün fəryadinə,

Eşqə dil verdim, bəladən başqa bir şey görmədim.

Ruhi-məcruhum gözəllərdən vəfa bəklər yenə,

Bən hənuz əsla cəfadən başqa bir şey görmədim.

Görmədim əsla dikənsiz gül, qaranlıqsız işıq,

Həp visali daima təqib edər bir ayrılıq,

Söyliyorlar: “Daim zevqi-səadət var”, yazıq!

Seyr edib boş iddiadən başqa bir şey görmədim.

Gördüyüm hər müztərib simayə duydum mərhəmət,

Yarə, həm əğyarə yar oldum da, sevdim bicihət;

Aşina zənn etdiyim hər yüzdə heyhat!..

Aqibət Boş təməllüqdən, riyadən başqa bir şey görmədim.

Hər məhəbbət bir xəyanət, hər gülüş bir hiylədir.

Hər səadət rühü oxşar pək sönük bir şölədir.

Bəlkə var səhvim? Fəqət gördüklərim həp böylədir...

Görmədim, əsla bəladən başqa bir şey görmədim

BEXTIYAR VAHABZADE HEYAT SEN NE SIRINSEN

Səndən doymaq olarmı, həyat sən nə şirinsən!

Ancaq hamının deyil, sən həyatın qədrini yalnız bilənlərinsən!..

Özünü bu dünyada heç kəs qonaq sanmamış,

Ancaq ömrün özü də bərabər paylanmamış.

Ömür paylanan zaman görün kimə nə düşdü

Üç yüz il boz qarğaya, on il şahinə düşdü.

Həyat sən nə şirinsən, kim səndən doydu getdi?

Gedənlər bu dünyada qəlbini qoydu getdi.

Dünən qoca bir qarı dilində ahu-zarı.

«Bu dünyanın əlindən gəlmişəm zara»- dedi. "

Ölmürəm ki, bir dəfə canım qurtara"- dedi.

Ürəkdənmi söylədi o, bu sözü görəsən?

Xeyr, inanmıram mən! O yana- yana dedi:

Dili söyləsə də, ürəyində o dərhal «Lənət şeytana!»- dedi.

Həyat, sevincin qədər əzabında şirindir,

Səni mənalandıran o keşməkeşlərindir.

Iki yüz il yaşadı ləzzət içində Loğman,

Yenə möhlət istədi ölürkən Allahından.

Yatırdı göy çəməndə, çatdı ona Əzrail.

Söylədi- İki yüz il ömür sənə bəs deyil?!

Mən canını almağa gəlmişəm, nə sözün var?

Loğman dedi:- Sözüm yox, aldığını gəl apar.

Ancaq mənə macal ver bircə anlıq əcəldən,

Gəl canımı burda yox, o çəmənlikdə al sən.

Əzrail razılaşdı… Ayağa qalxdı Loğman Yeridi,

Daş asıldı ancaq ayaqlarından,

Asta- asta yeriyib çatdı dediyi yerə.

Loğman baxdı göylərə, Loğman baxdı yerlərə

Bu son baxışı ilə üstündə iki yüz il

Yaşadığı cahanla vidalaşdı elə bil…

Özü vidaşladısa, gözü qaldı cahanla

O, düşündü bu anda:

«Nə görmüşəm dünyada bu dünyaya gələndən?

Ah… elə bilirəm ki,dünən doğulmuşam mən.

Ömrümü verdim bada, Nə görmüşəm dünyada.

» Loğmanın gözü bu an bir gülə dəydi durdu.

Ürəyini quş kimi gülə doğru uçurdu.

«Ah… onu kim üzəcək, bircə biləydim,- dedi.

O gülü də iyləyib sonra öləydim»,- dedi.

Ancaq, ancaq nə fayda...Yetişmiş artıq əcəl,

Loğman dedi:- Hazıram, al canımı indi sən,

Əzrail dedi:- Ancaq agah eylə məni sən,

Ölüm üçün nə fərqi bu çəmən, ya o çəmən?

Neçin məni qoymadın orda alım canını?

Loğman dedi:- Həyatın şirin olur hər anı

Ordan bura gəlincə bir az ömür qazandım,

Onu da bu dünyadan özümə fayda sandım.

Qoca öldü… Dedilər:- Yaranan bir gün ölər.

Nəvələri çəməndən həmən gülü üzdülər,

Loğmanın qəbri üstə qoydular,

Titrədi gül, Gülün ətri ilə doldu bütün çayır, bütün çöl.

O, ətriylə saxladı yolçuları yolundan,

Torpağın altındasa bunu duymmadı Loğman.

Həyat sən nə şirinsən, kim səndən doydu getdi?

Gedənlər öz qəlbini dünyada qoydu getdi.

Səndən doymaq olarmı, çoxun,azın da şirin.

Həyat qışın da şirin, həyat yazın da şirin!

Cürbəcür yazılar var ömrün varaqlarında…

Həyatımın qayğısız, fərəhli anlarında qədrini bilməmişəm.

Hələ nə var ki… "ömrüm qabaqdadır"- demişəm.

Otuzdan adlayınca, gündə otuz min kərə

Başımı yellədirəm hədər keçən illərə.

Səndən doymaq olarmı, həyat, sən, nə şirinsən!

Ancaq hamının deyil, sən həyatın qədrini yalnız bilənlərinsən

Coşqun Cəfərzadə- Rüşvət .... ===DƏNİZ=== (İSTƏK ŞEİR)

Söylə kimdi səndə əbədi qalan ,

Hamını birbəbir aparan dünya !

Kimdi özü ilə bir şey aparan ,

Tamam yolçuların lüt , üryan dünya !

Əsgərlik deyildir qoynundan hicrət ,

Pullular pul verib getməkdən qala .

Əzrayıl götürmür bir qəbik rüşvət ,

Heç kimsə bacarmaz pulla ömr ala .

Gəlir ki , əzrayıl nəqdi can alsın ,

Fərqi yox hədəfi kasıb , əhli kef .

Qonağı evinə tez yola salsın .

Çün evin unudur yaddaşı zəif !

Nüsrət Kəsəmənli-Öldürmə Məni ===DƏNİZ===

Canı sən vermədin, sən də alasan,

Ümid ver yaşayım, öldürmə məni.

Qıyma sevəninə qatil olasan,

Ümid ver yaşayım, öldürmə məni.

Ölümüm min yerə yozulacadır,

Dünyadan bir sevən azalacaqdır,

Qəbrim ürəyində qazılacaqdır,

Ümid ver yaşayım, öldürmə məni.

Məni öz əlinlə məzara vermə,

Görmək istəmirsən, heç məni görmə,

Sən Allah, bu qədər günaha girmə,

Ümid ver yaşayım, öldürmə məni.

Vallah, əllərimdə qalacaq yaxan,

Bilmirəm bu mənzil uzaqmı, yaxın?

Yaşamaq mənim də haqqımdır axı?

!Ümid ver yaşayım, öldürmə meni…

Biz xosbext olmadiq

Biz xoşbəxt olmadıq sevənlər kimi,

İndi son bahartək sızlar qəlbimiz.

Bəlkə bu dünyaya gəlmişik, gülüm,

Artıraq dünyanın həsrətini biz.

Tənə də, giley də daha əbəsdir,

Bu sirli röyadan ayrılaq gərək.

Ya sən gecikmisən, ya mən tələsdim,

İndi sevə-sevə ayrılaq gərək.

Könül gizli-gizli yanacaq indi,

Bir damla göz yaşın dənizdi mənə.

Bizə xatirələr qalacaq indi,

Sənin xatirən də əzizdir mənə.

Bilirəm, bu həsrət üzəcər səni,

Çalış, kölgə kimi sürünməyəsən,

Gözlərim hər zaman gəzəcək səni,

Çalış, gözlərimə görünməyəsən!!!…

12 views
 
Comments
SEDA 03.12.2011

Hovselen coxdu deyesen?))))

nazligul1 nazligul1 03.12.2011

mende olan hovsele kimd e varki))))

Blog
Blogs are being updated every 5 minutes