ne vaxtsa anlayacaqsan
35, Baku, Azerbaidzhan

Nə vaxtsa başa düşəcəksən ki,həyatda heç vaxt xəyanət etməyən insanlar da olur.Elə insan ki,ona həmişə güvənə bilərsən, heç vaxt sənə arxadan zərbə vurmaz.Amma buna görə çoxlu xəyanətlərdən keçməli olacaqsan.




Nə vaxtsa başa düşəcəksən ki,xarici parıltı-daxili alovun qarşısında heç nədir.Çünki xaricdə olan nə varsa bir gün yağış damcılarının altında yuyulub gedəcək.Daxildə olan alov həmişə yanacaq.Lap kiçik bir közü qalsa da-onu üfürsən yenidən alışacaq və səni isidəcək.Amma bunu başa düşənəcən çox aldanmalı olacaqsan.

Nə vaxtsa başa düşəcəksən ki,həyatın boyu rastlaşdığın formulların,aforizmlərin çoxu boşdur,mənasızdır,nə olsun ki gözəl səslənir.Adi söz yığınından başqa bir şey deyil.Ancaq o həqiqətlər vacibdir ki,sən ona özün çatmısan,öz gücünə güvənərək.Amma bunun üçün çox yalanlarla üzləşməli olacaqsan.

Nə vaxtsa başa düşəcəksən ki,xeyirxahlıq,səmimilik,sevgi,mehribanlıq və qayğı sənin daxili gücünü göstərir.Zəiflik əlaməti deyil.Amma buna əmin olmaq üçün çox zəiflərə dayaq durmalı olacaqsan.

Nə vaxtsa anlayacaqsan kİ, sevgi səni xəyallarla reallıq arasında saxlayan bir yoldur. O var olmayan,
amma varlığına hər zaman inandığımız bir məfhumdur. Və bir gün anlayacaqsan ki, qarşındakından səni sevirəm sözünü yox, sənə dəyər verirəm sözünü eşitmək daha böyük xoşbəxtlikdir.
Sevgi ötəri hisslərdir amma hörmət hər zaman vardır.

NƏ VAXTSA ANLAYACAQSAN KI O SƏNİ SEVMƏSƏ DƏ, SƏNƏ ÇOX BÖYÜK DƏYƏR VERİR!

Nə vaxtsa sən məni çağırmaq istəyəcəksən.Dözülməz dərəcədə.Bunun üçün xudpəsənliyini,lovğalığını adlayıb keçmək lazım gələcək.Qürurunu yox,lovğalığını və məni tapmaq.

Mən..? Mən isə....

1.İnsanın həyatda ən böyük düşməni-elə insan özüdür.

2.İnsanın həyatda etdiyi ən böyük axmaqlıq- yalan.

3.İnsanın həyatda ən böyük məğlubiyyəti-təkəbbür və lovğalıq.

4.İnsanın həyatında ən böyül kədəri-paxıllıq,həsəd.

5.İnsanın həyatda ən böyük səhvi-özünü itirməsidir.

6.İnsanın həyatda ən böyül günahı-naşükürlük və nankorluq.

7.İnsanın ən böyük təəssüfü-öz ləyaqətini alçaltma.

8. İnsanın ən böyük heyranlığı-yıxıldlqdan sonra ləyaqətlə qalxmağı bacarması.

9.İnsanın həyatda ən böyük itkisi-ümidlərinin itirməsi

10.İnsanın həyatda ən böyük qazancı-sağlamlıq və sağlam düşüncə

11.İnsanın həyatda ən böyük borcu-səmimi hisslər

12.İnsanın həyatda ən böyük hədiyyəsi-mərdlik və alicənablıq.

13.İnsanın həyatda ən böyük çatışmamazlığı-anlamamaq,başqasını başa düşməmək

14.İnsanın həyatda ən böyük təsəllisi-xeyirxah işlər.

15. Bütün pisliklərin Açarı - Haram Buyurulan Şərab

87 views
 
Comments
asifisrafilov 18.03.2011

Qedrini bilmedin itirdiyinin,
Ferqine varmadin goturduyunun,
Ozun oz basina getirdiyinin,
Ey INSAN,ne vaxtsa anlayacaqsan.
----------------------------------------
"Cox olub heyatda sehv buraxdigim,
Seven urekleri vurub yixdigim.
Ozum tokduyumdu indi yigdigim.
Unutma,daimi qalmayacaqsan."
-----------------------------------------
Bu bir etirafi yaxin dostumun,
Dinc qoymur,bir anda,vicdani onun.
Asifem vaxtinda kesmedim yolun,
Deyirdi ne qeder danlayacaqsan.
===================
Telebelik illeri olub.Terterli bir dostuma

Cəsur 06.03.2011

10.İnsanın həyatda ən böyük qazancı-sağlamlıq və sağlam düşüncə

kiwinin en boyuk qazanci-- kiminse qelbinin birincisi olmasi, kimse onun qelbinin sonuncusu olmasi

tewkkur

SeNaToR 07.03.2011

en agilli insan - ettiyi sehve bir daha geri donmeyendir.
en agilli muselman - olumden once olume hazirliq edendir

SEDA 07.03.2011

İnsanın həyatda ən böyük çatışmamazlığı-anlamamaq,başqasını başa düşməmək

Blog
Blogs are being updated every 5 minutes