Bir biz qalmışıq, bir yarımız.
35, Moscow, Russia

.Ey könül, həsrətdə bir biz qalmışıq, bir yarımız,
Guşeyi- möhnətdə bir biz qalmışıq, bir yarımız.

And içib, əhd eyləyib çoxdan sədaqət şahına,
Sidq ilə xidmətdə bir biz qalmışıq, bir yarımız.

Eşqdə çoxdur siyasətbaz, əgərçi, ey könül,
Saf, təmiz niyyətdə bir biz qalmışıq, bir yarımız.

Arzumuz şahənşəhi-eşqə qul olmaqdır müdam,
Böylə bir qayətdə bir biz qalmışıq, bir yarımız.

Tərk edib, ....., hamı çoxdan xərabat eyşini,
Xaneyi-hikmətdə bir biz qalmışıq, bir yarımız

11 views
 
Comments
SeNaToR 27.05.2011

Bax bunnan lap xowum geldi.. Menden +5))

SEDA SEDA 28.05.2011

*HI*

Blog
Blogs are being updated every 5 minutes