şişirdilər...
39, Baku, Azerbaidzhan

Böhtanlara qatmaqçün, nöqsanı şişirdirlər,
Zindanlara atmaqçün, böhtanı şişirdirlər.

Sizlərdə xəcalətdi, bizlərdəsə adətdi,
Adətdi beş ildən bir, nadanı şişirdirlər.

Toylarda tutub qoldan, nazirlə süzən kəslər,
Qoltuqlara girməkçün, imkanı şişirdirlər.

Yer var gözə soxmaqçün, nə azı beş-on santı,
Yer var üzə çıxmaqçün, xudmani şişirdirlər.

Xortdannan əgər artıq, qorxmursa uşaqlar da,
Bica yerə bizlərçün, xortdanı şişirdirlər.

İllərdi ki, mənsəbdə, qarın şişirənlərimiz,
İştanqı tutub indi, idmanı şişirdirlər.

Cırtdanlara xaricdən div payı ayırmaqçün,
Nəsli cır olan divlər, cırtdanı şişirdirlər.

Basqal deyilən kənddə, bir rövzeyi-rizvan var,
Hərdən aparıb orda, Pünhanı şişirdirlər.

Baba Pünhan

8 iyul, 2002

16 views
 
Comments
Cəsur 02.03.2011

ALLAH qeni-qeni rehmet elesin Baba Punhana cox cox hem de lap cox sevdiyim wairlerden biri

"Baki" weirinden bir bend hemiwe qulaqlarimda seslenir..
Nece kecsin bu kiwi dersini qiz xeylagina
Razrezinden gorunurse onun ombasi Baki

SeNaToR SeNaToR 02.03.2011

Amin.
Tesekkurler qardasim. Menimde coooox xosum gelen sairdi o. 2-ci Sabir

Blog
Blogs are being updated every 5 minutes