Kimin könlündə bir qapı açılarsa, o, hər zərrədə bir günəş görər
39, Baku, Azerbaidzhan

Kimin canı şəhvətdən, hiddətdən, nəfsani arzulardan arınmış, təmizlənmişdirsə, o şəxs məna aləmini və məna sarayını tezliklə görər.

Kimin könlündə bir qapı aşılarsa, o, hər zərrədə bir günəş görər.

Ay necə parlaqlığı, böyüklüyü ilə ulduzlar arasında ehtişamlı bir şəkildə görünürsə, Allah-Taala da lütfü, ehsanı, qüdrəti və xəlq etmək gücü ilə fani varlıqlar arasında eləcə açıq-aydın şəkildə görünər.

Sən iki barmağının ucunu iki gözünün üzərinə qoy. Dünyadan bir şey görə bilərsənmi? Insaf ilə söylə.

Sən gözünü bağladığın üçün bu dünyanı görməsən də, bu dünya yox deyildir. Dünyanı görməmək eyibi, həqiqəti göstərməmək qəbahəti ancaq uğursuz nəfsin barmağına aiddir.

Sən ağlını başına topla. Öncə gözlərindən barmaqlarını çək, ondan sonra dilədiyinə bax, gör.

Insan gözdən ibarətdir. Qalan nə varsa, dəridir, cəsəddir. Göz isə ancaq Dostu görmüş olandır. Dostu görməyən gözü sən göz sayma!

Dostun görməyən gözün kor olması yaxşıdır. Vəfasız olan, əbədi olmayan dostdan uzaq düşmək daha yaxşıdır.

Movlana Celaleddin Rumi

Gladeye tesekkurler

16 views
 
Comments
SEDA 18.09.2010

Vefasiz dost ucun kor olmaqa deyermi sence?

SeNaToR SeNaToR 18.09.2010

pis yerde vecer nastupila))))))

Blog
Blogs are being updated every 5 minutes