09.05.2010
Şükr
39, Азербайджан

Allaha şükr etmək hər kəsin borcudur.

Özünüzə gəlin və bu kərəmə baxın! Bir şükrün əvəzində bu qədər neməti kim verər?

Nemət insana qəflət verər, şükr isə insanı oyandırar.

Nemət və ehsanların əvəzində Allaha şükr et! Lakin sənə ehsan edən insana da şükr et, onun adını an!

Allah Qiyamət günü quluna “Nə gətirdin? Sənə verdiyim nemətlərin əvəzində nə etdin?” deyə xitab edər.

Qul da cavabında:

-Ey Rəbbim! Sənə can-könüldən şükr etdim. Çünki o ruzi əsas etibarilə Səndən idi.

Allah buyurar:

-Sənə ruzi verən insana şükr etmədiyin üçün Mənə də şükr etmədin. Bir kərəm sahibinə zülm etdin. Halbuki ona görə Mənim nemətlərimə nail oldun.

Şükr və şükr edənə kölə ol! Onların hüzurunda öl ki, əbədilik qazanasan

Müəllifi: Glade

7 просмотров
 
Комментарии

Комментариев пока нет.
Будь первым - напиши свой комментарий.

Дневники
Дневники обновляются каждые 5 минут