12.05.2014
Ele Bele
24, Baku, Azerbaidzhan

Mahnılar dinləyirəm..amma hiss etmirəm.heç bir xoş anı xatırlamıram.hisslərim,duyğularım yazmağa cəhd etdiklərim...yaza bilmirəm,ən pisi də..mən artıq danışa da bilmirəm.heç kəslə danışa bilmirəm.hissizləşirəm get gedə..kimlərsə ən sevdikləri insanlardan ayrılıb yanımda ağlanaynda onlara yazığım belə gəlmir.bir dəfə itirəndən sonra növbədəkilərə "onsuz da gedəcəklər,tərk edəcəklər" deməkdən vaz keçə bilmirəm..sabahları yemək yeyirəm..hər şeyi öz fəslində yeyirəm artıq..sağlam yaşamağa qərar vermişəm..istəmirəm heç kəs ölsün.qorxuram bəzən..maşının məni vura bilmə ehtimalını qəbul edirəm amma ən sevdiyim insanları vurmasından çox qorxuram..mahnıları ən yüksək səslə dinləyirəm artıq.bəlkə hiss edə bilərəm deyə.amma eşidə bilmirəm..darıxmıram artıq,kiminçünsə darıxa bilmirəm..köləsi olacaq qədər çox sevdiklərimin dəyişməsini qəbul edə bilmirəm.heçnə bilmirəm..mən dəyişirəm..amma dəyişmək istəmirəm..sən yox olursan,gözümü yumanda artıq gözümün qarşısında siman olmur..səsini də unutmağa başlayıram..bütün bunların sonu hara gedir bilmirəm.qorxur am....sonumu görə bilmirəm.hərdən ən kiçik şeylərdə belə ürəyimi sinəmdə hiss edirəm,necə döyündüyünü eşidirəm..hərdən küçəyə çıxıb saatlarla yeriyirəm..küçələrə tüpürəcək qədər iyrəncləşirəm hərdən.heç vaxt etmərəm dediyim şeyləri sırf inad olsun deyə edirəm..deyəsən dəli oluram.ağlaya bilmirəm..buna təəssüflənirəm..artıq gözüm belə dolmur..kaş ağlaya bilsəm deyirəm hərdən...yuxularımda belə görə bilmirəm artıq səni..ən çox da bunu itirdiyim üçün təəssüflənirəm ...

120 views
 
Comments
KoroLeva 13.05.2014

heç vaxt etmərəm dediyim şeyləri sırf inad olsun deyə edirəm..deyəsən dəli oluram. Hmmm

YAGMUR-DAMLASI YAGMUR-DAMLASI 13.05.2014

Hmmm

Blog
Blogs are being updated every 5 minutes