…Deyə bilmədim…  …Getdi…
24, Baku, Azerbaidzhan




Tək bir söz belə söyləyə bilmədim, ağızımı açdım amma səsim çıxmadı… Çıxa bilmədi bəlkə də…

Yaddaşımı məcbur etdim - getmədən başqa bir söz gəlmədi ağılıma…
Niyə deyə soruşsa verəcək cavabım yox idi…

Alışdım sənə belə deyə bilməzdim ki daha alışmamışdım belə özümə… Öz yaşadıqlarıma duyğularıma etdiklərimə belə hər saniyə çaşan mən, bir başqasına alışdım sənə deyə bilməzdim… Demədim də…

Getdi…

Baxdım arxasından… uzun uzun…

Heç bir şey hiss etmədiyimi anladığım an kədərləndim… Hirslendim özümə… Hər vaxt söyləyəcək çox şey tapan mən, tək söz tapa bilmirdim…

Ovutdum özümü beləsi daha yaxşı deyə, həqiqətən də beləsi dahamı yaxşı idi bilmirəm… Düşünürəm bilməyəcəyəm də…

Qalınca bir başına ağılına gözəl xatirələrin gəlməsi və əgər təklik uzun sürsə pis günlərin azalıb keçmişin sanki bir pəri nağılına dönüşü bir aldanma idimi?

Əsla olmayacağını bilə-bilə darıxmaq köhnəni, gözəl bir filmmiş kimi bəhs etmək, təzəsini tapa bilməmənin bir nəticəsidirmi yoxsa, o qədər qiymətli idimi yaşananlar həqiqətən…

Bunu bir gerçək fərz etdiyimdə artır zaman zaman o gün tək söz belə söyləyə bilməmənin verdiyi qəribə sızı…

İndi düşündüyümdə söyləyəcək çox şeyim var…
Getmə…

…Çünki…

…Səni sevirəm…

…Bəlkə özümə alışa bilmədim amma sənə alışdım…

…Getmə…

…Və məni məhrum buraxma gülüşündən…

…Getmə…

…Özündən məhrum etmə məni...

…Getmə…

…Qulaqlarım səsin üçün darıxmasın…

…Getmə…

…Bənzər birini gördüyümdə titrəməsin dizlərim…

…Getmə…

…Eşqdəndir qısqanclığım…

…Getmə…

…Bədənim bədənin üçün darıxmasın…

…Getmə…

…Yarım qalar hər şey inan mənə…

…Danışacaq, edəcək çox şeyimiz var hələ…

…Getmə…

…Nə olar…

…Getmə…

…Məni sənsiz qoyma…

…Deyə bilmədim…

…Getdi…

131 views
 
Comments
MeRmaid 10.06.2013

cox qewengdi :-)

YAGMUR-DAMLASI YAGMUR-DAMLASI 10.06.2013

Cox sagol :-)

Blog
Blogs are being updated every 5 minutes